Sançonun Çelsi dəki taleyi bəlli oldu SON DURUM

28.04.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Çelsi"nin yarımmüdafiəçisi Ceydon Sançonun London klubundakı taleyinə aydınlıq gəlib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.

Mənbənin məlumatına görə, "zadəganlar" onu müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"dən almağı planlaşdırır.

İcarə müqaviləsində nəzərdə tutulan transfer məbləği 33 milyon dollardır. "Çelsi" 6 milyon dollar ödəməklə transferdən imtina edə bilər. Sançonun "Çelsi" ilə hazırkı icarə müqaviləsinin müddəti 30 iyun 2025-ci ilə qədərdir.

Sanço bu mövsüm London klubunun heyətində bütün turnirlərdə 36 oyuna çıxaraq 3 qol vurub və 10 məhsuldar ötürmə verib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью