Sanderlend də ayrılıq qoxusu

23.04.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

İngiltərənin "Sanderlend" klubunda baş məşqçi Reji Le Bris üçün kritik günlər yaşanır.

Fanat.Az xəbər verir ki, klub rəhbərliyi fransalı mütəxəssisin fəaliyyətindən tam razı deyil və mövsüm sonunda yollarını ayıra bilər.

"TalkSPORT"un yaydığı xəbərə görə, Kiril Luis-Dreyfus və Xuan Sartori rəhbərliyi alternativ variantları nəzərdən keçirməyə başlayıblar.

Hazırda turnir cədvəlində 11-ci pillədə qərarlaşan "Sanderlend" ilk altılıqdan cəmi 4 xal geri qalır. Əgər Le Bris komandanı avrokuboklara və ya pley-off zonasına daşıya bilməsə, istefası qaçılmaz olacaq.

Azarkeşlər isə komandanın qeyri-sabit çıxışına görə məşqçi korpusuna qarşı təzyiqləri artırıblar.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью