futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Sanderlend”in keçmiş müdafiəçisi Denver Hüm 28 yaşında peşəkar futbolçu karyerasını yekunlaşdırıb.
Futbolpress.az xəbər verir ki, İngiltərə təmsilçisinin akademiyasının yetirməsi ötən mövsüm məşq prosesi zamanı ağır zədə alaraq kəllə sümüyünü sındırıb və beyninə qan sızıb. Uğurlu əməliyyat və uzun sürən reabilitasiya mərhələsinə baxmayaraq, ingiltərəli müdafiəçi həkimlərin məsləhəti ilə yaşıl meydanlarla vidalaşmaq məcburiyyətində qalıb.
Denver Hüm karyerası ərzində “Sanderlend”, “Portsmut”, “Qrimsbi Taun” və “Flitvud” formaları ilə ümumilikdə 188 rəsmi qarşılaşmada şans qazanmışdı.