Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Moldova Prezidenti Maya Sandu Kiyevdə ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Maya Sandu X hesabında paylaşım edib.
“Biz regional təhlükəsizlik, infrastruktur əlaqələri, ticarət və AB-yə üzvlük mövzularını müzakirə etdik. Xüsusi diqqət enerji əməkdaşlığına və Rusiya təzyiqinə qarşı mübarizəyə yönəldi. Ukraynanın həmrəyliyinə görə minnətdaram”, - Moldova prezidenti paylaşımında bildirib.