Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Moldova Prezidenti Maya Sandu Kişinyov üzərində Rusiya istehsalı olan pilotsuz uçuş aparatının (PUA) aşkarlanmasını əsas gətirərək Moskvaya qarşı yeni sanksiyaların tətbiqinə nail olmaq niyyətində olduğunu bildirib.
Sandu bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Bu axşam bir neçə Rusiya pilotsuz uçuş aparatı hava məkanımızı pozub. Onlardan biri Kişinyov üzərində uçaraq sakinlər arasında narahatlıq yaradıb. Biz Moskvaya qarşı sanksiyaların tətbiqinə nail olmaq, Ukraynaya dəstək vermək və tərəfdaşlarımızla birlikdə müdafiəmizi gücləndirmək istiqamətində səylərimizi davam etdirəcəyik", - deyə Moldova prezidenti yazıb.
"Moldova 1" telekanalının məlumatına görə, ölkənin bütün hava məkanı yerli vaxtla saat 16:27-də (Bakı vaxtı ilə 18:27) bağlanıb. Bu zaman cənubdan Kişinyov istiqamətində hərəkət edən "Şahed" tipli PUA aşkarlanıb.
Bundan əlavə, gün ərzində "Geran-2" tipli pilotsuz uçuş aparatı ölkənin hava sərhədini iki dəfə keçib və Kişinyovun bir neçə rayonunun üzərində müşahidə olunub.
///oxu.az