Sanduya ən bahalı hədiyyə Azərbaycandan olub

12.01.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü ildə Moldova Prezidenti Maya Sanduya ən bahalı hədiyyə Qarabağdan olan ustaların əl işi olan xalça olub.

Avtosfer.az xəbər verir ki, bu barədə “IPN” agentliyi yazıb.

Hədiyyəni dövlət başçısına etimadnaməsini təqdimetmə mərasimində Azərbaycanın Moldovadakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyev təqdim edib.

Xalçanın qiyməti 17490 Moldova leyi (təxminən 1600 manat) təşkil edib. 
 

(unikal)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью