Sane qol vurdu, Almaniya millisi qələbə qazandı

07.06.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Almaniya millisi DÇ-2026 öncəsi yoxlama matçı keçirib.

Apasport.az xəbər verir ki, komanda meydan sahibi ABŞ yığması ilə qarşılaşıb.

Görüşdə hesab erkən açılıb. Kai Haverts fərqlənib. ABŞ yığması 37-ci dəqiqədə Antone Robinsonun qolu ilə tarazlığı bərpa etsə də, fasilədən sonra son sözü Almaniya deyib. 57-ci dəqiqədə "Qalatasaray"ın futbolçusu Leroy Sane fərqlənərək komandasına qələbə qazandırıb.

Qeyd edək ki, Almaniya millisi 2026-cı il dünya çempionatının E qrupunda Ekvador, Kot-d'İvuar və Kürasao ilə mübarizə aparacaq.

Millimiz məğlub oldu - YENİLƏNİB Azərbaycanlı hakimlərə UEFA-dan təyinat “Müasir futbolda zəif rəqib anlayışı yoxdur” - Abbasov millimizə inanır Millimizin heyətində dəyişiklik baş verib Avropa çempionatının ən yaxşısı azərbaycanlı futbolçu seçildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью