Sanenin Qalatasaray macərası qışda bitə bilər

07.11.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

"Qalatasaray"ın futbolçusu Leroy Sane qış transfer pəncərəsində komandanı tərk edə bilər.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Qadsiah" klubu 30 yaşlı almaniyalı vingerin xidmətində maraqlıdır.

Məlumata görə, ərəb təmsilçisinin rəhbərliyi yanvar ayında açılacaq transfer pəncərəsində Sane üçün "Qalatasaray"a rəsmi təklif göndərməyi planlaşdırır. Tərəflər arasında danışıqların yaxın vaxtlarda intensivləşəcəyi gözlənilir.

Qeyd edək ki, Leroy Sane mövsümün əvvəlində böyük ümidlərlə İstanbul təmsilçisinin heyətinə qatılıb. Lakin almaniyalı futbolçu indiyədək gözlənilən performansı nümayiş etdirə bilməyib. O, "Qalatasaray"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə fərqlənməyib. Bu nəticələr futbolçunun komandadakı gələcəyi ilə bağlı suallar yaradıb. Məşqçilər korpusunun Sanenin taleyi ilə bağlı yekun qərarını qış fasiləsinə qədər verəcəyi iddia olunur.

Gülbadam Cümşüdova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью