Sanitar qovşaqda yıxılan yaşlı qadın xəstəxanada ÖLDÜ

24.10.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda sanitar qovşaqda yıxılan 72 yaşlı qadın xəstəxanada ölüb.

Modern.az xəbər verir ki, hadisə oktyabrın 21-də Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Binəqədi qəsəbə sakini 1953-cü il təvəllüdlü Sahibə İlyas qızı Ayvazova evin sanitar qovşağında yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş S.Ayvazova ötən gün ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью