Sanitariya Karantin Mərkəzinin vəzifəli şəxslərinin məhkəməsində şahidlər dindirilib | Icm…
Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Ruhəngiz Abdullayeva həmin mərkəzdə həkim olaraq çalışdığını deyib.
O bildirib ki, nümunələr əsasında analizlər dövlət rüsumu ödənildikdən sonra edilib. O, əlavə pul alınması məsələsini qəbul etməyib.
Şahidin məhkəmədə dedikləri ilə ibtidai istintaqa verdiyi ifadə ziddiyət təşkil edib.
Belə ki, o, istintaqda ifadəsində fiziki şəxslərdən pul alındığını bildirib.
Eyni zamanda sübut kimi götürülmüş dəftərdə onun adına 200 manat pul yazıldığı da əlavə edilib.
Şahid istintaqa verdiyi ifadəni deyil, hazırkı ifadəsini təsdiq edib.
Tam oxu
Xəbəri oxu