Saniyədə 20 min film: məlumat ötürmə sürətində rekord

29.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çinli tədqiqatçılar 24 optik nüvəli kabeldən istifadə edərək 10,3 kilometrlik xətt üzərində saniyədə 3,2 petabitə çataraq fiber optik məlumat ötürmə sürəti üzrə dünya rekordu qırıblar. Nəzəri olaraq, bu sürət bir saniyədə 20.000-dən çox 4K film ötürmək üçün kifayətdir. Lakin texnologiya hələ kommersiya tətbiqinə çatmayıb.

Məlumatda bildirilir ki, Çinli tədqiqat qrupu real vaxt rejimində iki tərəfli fiber optik sistem sınağı zamanı saniyədə 3,2 petabit və ya saniyədə 3,200.000 gigabit məlumat ötürmə sürətinə nail olub. Nəticə yeni dünya rekordu qırır. Təcrübədə nəzəri olaraq bir saniyədə 20.000-dən çox 4K film ötürmək qabiliyyətinə malik 24 nüvəli fiber optik kabeldən istifadə edilmişdir.

M.MİRZƏ

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью