futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa millisinin sabiq futbolçusu Jan-Pyer Papen həmyerlisi Kilian Mbappenin “Qızıl top” mənə verilməlidir” fikirlərini tənqid edib.
Futbolpress.az xəbər verir ki, keçmiş oyunçu “Foot Mercato” nəşrinə açıqlamasında bunları deyib:
“Mbappeni bəyənirəm, amma bəzən danışıqlarında həddini aşır. Sanki “Qızıl top”a ondan başqası layiq deyil. Başa düşürəm, arzuludur, rekordlar qırır, amma mükafat üçün tələblər var. Mbappe indi bunlara cavab vermir.
“Qızıl top”un qalibini insanlar seçir, müəyyən kriteriyalar var. Mbappenin bu şəkildə danışmağı doğru deyil”.
“Qızıl top”un qalibi oktyabrın 26-da açıqlanacaq.