Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Noyabrın 24-də Rusiyanın “Azimut” şirkətinə məxsus sərnişin təyyarəsi Türkiyənin Antalya şəhərində eniş edərkən hava gəmisində yanğın başlayıb.
Təyyarədə olan 80 sərnişinin xilas edilməsində Azərbaycan vətəndaşı Sultan Sultanov böyük rol oynayıb.Metbuat.az xəbər verir ki, Sultan Sultanov AZƏRTAC-a açıqlamasında həmin dəhşətli hadisədən danışıb: “Təyyarə yerə enən kimi alovlandı.
Bələdçi olan gənc xanım özünü itirmişdi. Mən ön cərgədə oturmuşdum, dərhal qəza qapısını açdım və sərnişinlər tüstü bürümüş salondan tələsik
Sultan Sultanov Bakının Bilgəh qəsəbəsində doğulub, orada boya-başa çatıb.
Artıq 10 ildir ki, Rusiyanın Krasnodar diyarında yaşayır, meyvə-tərəvəz bazasında çalışır.“Mən işimlə əlaqədar tez-tez xarici ölkələrdə səfərlərdə oluram.
Elə bu dəfə də Misirin paytaxtı Qahirəyə səfər etməli idim. Ancaq içimdə hansısa bir hiss məni bu yolçuluqdan çəkindirirdi.
Nəhayət, bilet alıb, Türkiyə tranzit olmaqla yola çıxdım. Hər təyyarəyə minəndə yuxu dərmanı qəbul edirəm, heç vaxt da əvvəlcədən oturacağım