Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qırğızıstanın paytaxtı Bişkekdə 12-ci Beynəlxalq “Ümid” Gənclərin Film Forumu keçirilib.
Kulis.az xəbər verir ki, forumda rejissor Azər Quliyevin “Sanki yoxsan” qısametrajlı bədii filmi münsiflər heyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək beynəlxalq müsabiqənin baş mükafatına layiq görülüb.
“Sanki yoxsan” filminin istehsalçısı Fransanın “LaLuna” şirkəti, rejissoru Azər Quliyev, icraçı prodüseri Mehman Fətullayev, ko-prodüseri Əli-Səttar Quliyevdir.
Qeyd edək ki, forumda “Sanki yoxsan”la birgə Azərbaycandan rejissor Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” filmi də iştirak edib.
"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu "Şakir Paşa ailəsi"nin aktyoru sərbəst buraxıldı İstəmirəm həqiqəti məscidlərdə, kilsələrdə axtarım - İlkin Özün yeni şeirləri