Sanksiya altında olan tankerin kapitanı Fransada həbs edildi

25.01.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Fransa Hərbi Dəniz Qüvvələri ölkənin cənub sahillərində qeydiyyat uyğunsuzluğu şübhəsi ilə "Grinch" tankerinin kapitanını həbs edib.

Avtosfer.az xəbər verir ki, bu barədə Marsel prokurorluğu məlumat yayıb.

Məlumata görə, 58 yaşlı Hindistan vətəndaşı yanvarən 22-də başlayan ilkin istintaq çərçivəsində həbs olunub.

Kapitan bayraqsız gəmi idarə etmək ittihamı üzrə bir ilə qədər həbsdə qala və 150 000 avroya qədər cərimə ilə cəzalandırıla bilər. Bu maddə, həmçinin cinayətin törədilməsində istifadə edilən gəminin və ya digər dəniz avadanlıqlarının müsadirə edilməsinə də imkan verir.

"Marinetraffic"in məlumatına görə, gəmi Böyük Britaniyanın sanksiya siyahısındadır. Tankerin əsl adı "Karl"dır. O, 2004-cü ildə əsasən Çin və Hindistana neft məhsullarının ixracı üçün inşa edilib. Fransa hökuməti tankerin əsl adının beynəlxalq sanksiyaları pozmaq üçün istifadə edildiyindən şübhələnir.

Oxunub 36

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью