Sanksiya hesabına milyardlar qazanırıq: KTMTdən çıxsaq…

05.01.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nikol Paşinyana xidmət edən oliqarxlar Rusiyaya tətbiq edilən sanksiyalar hesabına milyardlar qazanır. Bu halda Nikol Paşinyan Ermənistanı KTMT-dən necə çıxara bilər? Axı KTMT-dən çıxmaq Ermənistanı Aİİ-dən də avtomatik olaraq kənarda qoyacaq.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Qriqor Balasanyan yerli mediaya müsahibəsində deyib.

“Mən Paşinyanın KTMT-dən çıxacağı fikrindən uzağam. Çünki bu addımın ardınca Aİİ-dən çıxmaq məsələsi dərhal gündəmə gətiriləcək. Aİİ-dən çıxmaq isə Ermənistanın maliyyə axınlarından məhrum olması deməkdir”, - o bildirib.

Balasanyanın sözlərinə görə, Rusiyaya sanksiyalar Ermənistana külli miqdarda pul qazandırır:

“Ermənistanın nəhəng oliqarx dairəsi Aİİ-nin idxal-ixrac imkanları, o cümlədən qızılın idxalı və ixracı hesabına nəhəng maliyyə axınları alır. Aİİ-dən çıxmaq Ermənistan üçün böyük bir bazarı itirmək deməkdir. Buraya atom elektrik stansiyası və qaz məsələsi də əlavə olunacaq. Biz bütün bunlarla necə qarşılaşacağıq?”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью