​Sanksiyalar İran valyutasını çökdürür Yeni anti rekord

24.11.2026

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin İrana qarşı yeni sanksiyaları və ümumilikdə ölkənin dəniz blokadasına alınması İranın milli valyutası olan rialda özünü daha kəskin şəkildə göstərməkdədir.

“AzPolitika” xəbər verir ki, İranın müxalif “İran İnternational” kanalı rialın son günlər sürətlə ucuzlaşaraq xarici valyutalara nisbətdə kəskin dəyər itirdiyi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, noyabrın 24-də dolların məzənnəsi İran bazarında 2,8 milyon rialı keçib. İndi 1 dollar 2,802,000 riala bərabərdir və bu, 12 noyabrda qeydə alınan 2,642,000 rialdan təxminən 6% çoxdur.

Avro 3,056,500 riala, Britaniya funt sterlinqi isə 3,653,400 riala çatıb.

İran valyutasının kəskin ucuzlaşması ABŞ-nin İranın xarici maliyyə şəbəkələri ilə əlaqəli 22 təşkilata və səkkiz şəxsə qarşı sanksiyalar tətbiq etməsindən bir gün sonra baş verib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью