Sanksiyalar tibbə də çatdı: İsveçrə rusiyalı xəstələri qəbul etmir

21.08.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, İsveçrə müalicə olunmaq üçün ölkəyə gəlmək istəyən Rusiya vətəndaşlarına giriş icazəsi verməkdən imtina etməyə başlayıb. Bu barədə Rusiyanın Cenevrədəki baş konsulu məlumat verib.

Diplomatın sözlərinə görə, rusiyalı pasiyentlərlə çalışan tibb işçiləri bu cür bir neçə imtina halının qeydə alındığını bildiriblər.

Xəbərdə vurğulanır ki, əvvəllər analoji hallarda heç bir imtina müşahidə olunmurdu. Hətta bəzi vətəndaşlar İsveçrə klinikalarına müalicə haqqını əvvəlcədən ödəsələr də, sonradan onların ölkəyə girişinə icazə verilməyib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью