Sanksiyalara görə 128 gəminin qeydiyyatı ləğv edilir

28.03.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Panama ABŞ-nin sanksiyaları səbəbindən 128-dən çox gəminin qeydiyyatını ləğv edir.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” Panama Ticarət Donanması İdarəsinin rəhbəri Ramon Frankoya istinadən bildirib.

Onun sözlərinə görə, artıq ən azı 70 tankerin qeydiyyatı ləğv edilib.

İdarə rəhbəri qeyd edib ki, Panama reyestri dünyanın ən böyük reyestrlərindən biridir və Panama bayrağı altında 8 mindən çox gəmi üzür.

Daha əvvəl verilən məlumata görə, ABŞ Panama kanalında Çinin təsirini əhəmiyyətli dərəcədə azaltmaq üçün Panamada hərbi mövcudluğunu gücləndirə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью