Sankt Peterburq dronların kütləvi zərbəsinə məruz qalıb

06.06.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Rusiyanın Sankt-Peterburq şəhəri Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov sosial şəbəkələrdə məlumat yayıb.

"İyunun 6-sı səhər saatlarında Peterburq PUA-ların genişmiqyaslı hücumuna məruz qalıb. Hava hücumundan müdafiə vasitələri işləyir", - o yazıb. A.Beqlov sakinlərə küçəyə çıxmamağı tövsiyə edib və mobil internetin işində mümkün fasilələrin ola biləcəyini bildirib. Qubernator dronların sayı və mümkün dağıntılar barədə dəqiq məlumat verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью