Sankt Peterburq metrosunda bədbəxt hadisə: Eskalator qəfil işə düşdü, sərnişinlər yıxıldı

02.05.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə yaşanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "112" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, şəhər metrosunun "Vasileostrovskaya" stansiyasında eskalator hərəkət zamanı dayanıb. Gözləmək istəməyən sərnişinlər eskalatorun pilləkənləri ilə piyada şəkildə yuxarıya qalxmağa başlayıblar. Lakin bu zaman eskalator qəfil işə düşüb və sərnişinlər müvazinətlərini itiriblər.

Qadınlardan biri büdrəyərək yıxılıb və telefonu əlindən yerə düşüb. Digər qadın isə yıxılıb və pilləkənlərlə üzüaşağı yuvarlanmağa başlayıb. Qadının vəziyyəti ilə bağlı məlumat verilmir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıblar.

Sankt-Peterburq metrosunda bədbəxt hadisə: Eskalator qəfil işə düşdü, sərnişinlər yıxıldı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью