Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi səbəbindən sakinlərə evdə qalmaq çağırışı edib.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, Beqlov "Max" messencerində paylaşım edərək bildirib ki, şəhərdə hava hücumundan müdafiə sistemləri fəaliyyətini davam etdirir.
O qeyd edib ki, şəhərdə mobil internetdə fasilələr yarana bilər.
Qubernatorun sözlərinə görə, Sankt-Peterburq genişmiqyaslı PUA hücumuna məruz qalıb.
Hücum fonunda Pulkovo Airport hava limanı bir müddət fəaliyyətini dayandırsa da, hazırda təhlükəsizlik tədbirləri çərçivəsində reyslərin qəbulu və yola salınması bərpa olunub.