Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Sankt-Peterburq vilayətinə dron hücumu həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə şəhərdə yerləşən neft terminalının ərazisində yanğının baş verdiyini əks etdirən kadrlar yayılıb.
Regionun qubernatoru Aleksandr Beqlov dron hücumunun dəf edildiyini, hücumun texnogen fəsadlarının aradan qaldırıldığını açıqlayıb. O, hücum nəticəsində zərərçəkənlərin olmadığını bildirib. Qubernator həmçinin iyulun 4-nə keçən gecə Sankt-Peterburq şəhəri və vilayəti üzərində 72 dronun vurulduğunu qeyd edib.