Sankt Peterburqda partlayışda hərbçi ölüb

12.11.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Sankt-Peterburqda baş verən partlayışda bir hərbçi ölüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, partlayış Kolpinskoye şossesində, "Lenta" mağazasının yaxınlığında baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu avtomobilin altına yerləşdirilib.

Ölən hərbçinin avtomobilin sükanı arxasında olduğu bildirilib. Şahidlərin sözlərinə görə, partlayış dalğası ərazidəki binaların şüşələrini sındıraraq yolun kənarına səpələyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью