Sankt Peterburqdan gələn gəmi Almaniyada SAXLANILDI

26.02.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sankt-Peterburqdan yola çıxan gəmi Almaniyada saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Rəsmi məlumatlara əsasən gəmi Baltik dənizində kabeli zədələmək şübhısindən saxlanılıb.
 

Qeyd edilib ki, “Arne” adlı tanker Antiqua və Barbuda bayrağı altında İspaniyanın Sevilya şəhərinə yol alırmış və Kieldə saxlanılıb. Gəmidə lövbər çatmadığı üçün polisdə şübhə yaranıb.


Heyət üzvləri sorğu-sual edildikdən sonra gəmiyə limanı tərk etməyə icazə verilib. Almaniya polisi istintaqa istinad edərək hadisə ilə bağlı şərh verməkdən imtina edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью