Report.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov bu gün Azərbaycan Respublikasının Baş Konsulluğunu ziyarət edib.
“Report”un Rusiya bürosunun məlumatına görə, qubernator "Azərbaycan Hava Yolları"nın (AZAL) sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar açılmış xatirə kitabına qeyd qoyub.