SanktPeterburqda “Azərbaycan muğamı” adlı konsert təşkil olundu FOTO

21.12.2024

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sankt-Peterburqda “Azərbaycan muğamı” adlı konsert təşkil olunub.

Manset.az xəbər verir ki, Sankt-Peterburq hökuməti, Azərbaycanın Baş Konsulluğu və Azərbaycan Diasporasının birgə təşkilatçılığı ilə Sankt-Peterburq Dövlət Akademik Kapellasında keçirilən konsertdə əməkdar artist Təyyar Bayramov və sənət dostları çıxış ediblər. 
Konsert proqramına “Sarı gəlin”, “Küçələrə su səpmişəm”, “Sarı bülbül” “Şuşanın dağları” xalq mahnıları, “Azərbaycan oğluyam”, “Qarabağ”, “Yaşa, mənim xalqım” və Azərbaycan musiqi sənətinə aid bir sıra digər mahnılar daxil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью