SanktPeterburqda MDB ölkələrinin liderlərinin qeyrirəsmi görüşü keçiriləcək AZƏRTAC

27.11.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskva, 27 noyabr, AZƏRTAC

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində məlumat verib.

“Dekabrın sonunda ənənəvi olaraq son illər ərzində keçirildiyi kimi, Sankt-Peterburqda MDB ölkələri liderlərinin ənənəvi dostluq görüşü baş tutacaq. Bu qeyri-rəsmi olacaq”, - deyə Uşakov bildirib.

O, hər hansı bir sənədin imzalanmasının planlaşdırılmadığını vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью