SanktPeterburqda məktəbli Yandex kuryerinə bıçaqla xəsarət yetirib

02.01.2025

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

...Sankt-Peterburqda sərxoş məktəbli “Yandex” kuryerinə bir neçə bıçaq zərbəsi vurub.

SİA rus saytlarına istinadən xəbər verir ki, hadisə yanvarın 1-də Çernaya Reçka sahilində baş verib.

Belə ki, 17 yaşlı onuncu sinif şagirdi kuryerlə mübahisə edib və ona bıçaqla bir neçə zərbə vurub.

Kuryer ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. ...“Neva.Today”-ın əldə etdiyi məlumata görə, zərərçəkmiş baş, döş qəfəsi, ətraf nahiyəsinin yaraları, həmçinin sol qulağın yarası və döş qəfəsinin nüfuzedici bıçaq yarası ilə xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi açılıb.

Nazlı Almuradova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью