Şanlı məktub Tramp Xamaneiyə nə yazıb?

17.03.2025

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hurriyyet.az xəbər verir ki, Trampın Xamaneiyə yazdığı məktubun tezisləri açıqlanıb.
İran XİN-in rəsmi təmsilçisi İsmail Bəqai ABŞ Prezidenti Donald Trampın İranın ali dini lideri Əli Xamaneiyə yazdığı məktubun əsas tezislərinin Ağ Evin rəhbərinin aşkar çıxışlarından çox fərqlənmədiyini söyləyib. 
Diplomat mətbuat konfransında deyib: "Hələlik Trampın məktubunun elan edilməsi üçün əsasımız yoxdur. Mətbuatda bu  məktub barəsində dərc edilən hər şey uydurmadır və heç bir əsası yoxdur. Trampın ictimai açıqlamalarına diqqət yetirsək, bu məktubun məzmunu onlardan çox fərqlənmir".
Hürr Tərcüman

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью