Şanlı Zəfərin 6 cı ildönümü Vyetnamda qeyd olunub

08.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pekin, 8 noyabr, AZƏRTAC

Azərbaycanın Vyetnamdakı səfirliyi Hanoy şəhərində Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Vyetnamın dövlət qurumlarının nümayəndələri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri və fəxri sədri, eləcədə çoxsaylı üzvləri, əvvəllər Azərbaycanda təhsil almış vyetnamlılar, diplomatik nümayəndələrin rəhbərləri və əməkdaşları, media təmsilçiləri və soydaşlarımız iştirak ediblər.

Torpaqlarımızın azadlığı, bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Şövqi Mehdizadə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun əldə etdiyi bu böyük Qələbənin tariximizə qızıl hərflərlə yazıldığını bildirib. Vətən müharibəsində tarixi Zəfərimizi, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu qeyd edən səfir beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırılıb.

Vurğulanıb ki, əldə etdiyimiz Qələbə Azərbaycanın əzəli torpaqlarının azad edilməsi ilə yanaşı eyni zamanda, bölgəmizdə sülhün və sabitliyin zəminini yaradıb.

İkitərəfli əlaqələrə toxunan səfir Ulu Öndər Heydər Əliyevin Vyetnama və Prezident Ho Şi Minin Azərbaycana səfərləri ilə xalqlarımız arasında dostluq münasibətlərinin qurulduğu qeyd edib, hazırda bu tarixi əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyi diqqətə çatdırıb.

Sonra Azərbaycan musiqisinin sədaları altında tədbir iştirakçılarına Azərbaycan mətbəxinin təamları təqdim olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью