Şanlı Zəfərin 6 cı ili Video

07.11.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabah, 8 Noyabr – xalqımızın qürur, şərəf və qəhrəmanlıq salnaməsinə çevrilmiş Zəfər Gününün 6-cı ildönümüdür.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın tarixi ədaləti, öz ərazi suverenliyini bərpa etməsindən altı il ötür.

2020-ci ilin 8 Noyabrı Azərbaycan tarixinin ən qürurlu səhifələrindən biridir. 44 gün davam edən Vətən müharibəsi xalqımızın dəmir iradəsini, ordumuzun gücünü, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Şuşanın azad edilməsi ilə tariximizin yeni bir səhifəsi yazıldı. 28 illik həsrətə son qoyuldu, Qarabağımızda üçrəngli bayrağımız yenidən dalğalalandı.

Bu zəfər yalnız döyüş meydanında qazanılan qələbə deyildi, illərlə qəlbində Vətən nisgili daşıyan milyonlarla insanın arzusu, duası və inamının təntənəsi idi.

Şəhidlərimizin qanı ilə yazılan bu tarix heç vaxt unudulmayacaq. Qazilərimizin fədakarlığı, igid əsgərlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью