Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Texnologiya, aviasiya və müdafiə sənayesinə yönəlmiş sərgilər, seminarlar, müsabiqələr və hava şoularını özündə birləşdirən TEKNOFEST-ə bu dəfə "peyğəmbərlər şəhəri" kimi tanınan Şanlıurfa evsahibliyi edəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, 30 sentyabr - 4 oktyabr tarixlərini əhatə edəcək tədbirlər əsasən dünyanın ən qədim monumental tikililərindən biri olan Göbeklitepedə baş tutacaq. Festival, şəhərin tarixi quruluşunu və müasir texnologiya tədbirlərini vahid təşkilati çətir altında bir araya gətirəcək.
5 gün davam edəcək TEKNOFEST zamanı Bayraktar KIZILELMA, KAAN, Bayraktar TB3, HÜRJET, Bayraktar AKINCI və Bayraktar TB2, eləcə də müxtəlif hava və quru nəqliyyat vasitələri nümayiş etdiriləcək.
Festivalda həmçinin ANKA, GÖKBEY, ATAK, K2 Kamikaze, MIZRAK, SİVRİSİNEK, AS 532 T 38, BELL 429, AB 412, SH-70 SEAHAWK, F-16, CN-235 CASA, F-4 və P72 kimi platformalar da nümayiş olunacaq. Festival proqramında ziyarətçilər müxtəlif təyyarələri izləmək imkanı əldə edəcəklər.
Proqramda həmçinin S-70, CH-47 və ATAK təyyarələrinin uçuşları, S-70 Jandarma Polad Qanadlarının nümayiş uçuşu, S-70/CH-47 komando əməliyyatı, SH-70 fastrope nümayişi və paraşüt və paramotor nümayişləri də yer alacaq.
Süleyman