Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda hərəkətdə olan sərnişin avtobusunda yanğın baş verib.
Avtosfer.az HaberGlobal-a istinadla xəbər verir ki, hadisə Siverek-Diyarbəkir avtomobil yolunun 25-ci kilometrliyində qeydə alınıb. Siverekdən Diyarbəkir istiqamətində hərəkət edən “Star Batman” şirkətinə məxsus avtobusda naməlum səbəbdən yanğın başlayıb.
Sürücü alovu vaxtında aşkar edərək avtobusu yol kənarında saxlayıb və sərnişinləri təxliyə edib. Bundan sonra yanğın qısa müddətdə avtobusun tamamını əhatə edib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülüb. Yanğın nəticəsində avtobus yararsız vəziyyətə düşüb. Sürücünün çevikliyi sayəsində sərnişinlər arasında xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Nigar