“Şans veririk, göstərin özünüzü” Trampdan Suriyaya mesaj

13.05.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı tətbiq edilən bütün sanksiyaların ləğv ediləcəyini bildirib.

Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, Tramp bu barədə Səudiyyə Ərəbistanında səfəri zamanı keçirilən investisiya forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu qərar Səudiyyə vəliəhd şahzadəsinin xahişi ilə verilib və Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa üçün mühüm dəstək olacaq.

“Suriyaya inkişaf etmək üçün bir şans vermək istəyirik. Sanksiyalar üzərlərinə düşəni etdi, indi isə hamısını ləğv edirik. Uğurlar, Suriya, bizə nəsə xüsusi bir şey göstərin”, – deyə Tramp vurğulayıb.

Xatırladaq ki, ABŞ Suriyaya sabiq prezident Bəşər Əsədin hakimiyyəti dövründə sərt sanksiyalar tətbiq etmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью