futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah”ın futbolçusu Eyden Makkarti Çempionlar Liqasında “Vikinq”ə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi media nümayəndələrinin suallarını cavablandırıb:
– “Vikinq” sürətli hücumlarla müdafiənizə təzyiq göstərəcəklər. Onlar turnirdəki üç matçda da fərqlənib, “Bavariya”ya qol vurublar. Onlara qarşı necə müdafiə olunacaqsınız?
– Tək müdafiə deyil, bütün komanda olaraq hərəkət etməliyik. Hər vəziyyət fərqli həll yolu istəyir. Qarşımıza çıxan hər problemin öhdəsindən gəlməyə çalışacağıq. “Vikinq” də bizim haqqımızda düşünməlidir.
– Çempionlar Liqasında ilk qolunuzu vurdunuz. Bu, sizə nə qədər inam verdi?
– Bu qol, şübhəsiz, əlavə inam verdi. Bunu növbəti oyunda da göstərməliyəm. Şans yaransa, yenidən qol vurmağa çalışacağam. Eyni zamanda müdafiədə etibarlı olmalıyıq.
Şahin Cəfərov