Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bəzi bürclər astroloji təhlillərdə daha çox "uğursuz" və ya "çətin" bürclər kimi tanınır.
Bakıvaxtı.az-ın milli.az-a istinadən məlumatına görə, bu bürclərin nümayəndələri adətən güclü enerjiyə sahib olur və ətraflarında nəzərəçarpan təsir buraxırlar.
Əkizlər bürcündə doğulanlar adətən ətraflarında çox sevilirlər. Həddindən artıq ünsiyyətcil olduqları üçün hər kəslə asanlıqla dostluq qururlar. Ancaq Əkizlər bəzi mövzularda olduqca bəxtsiz ola bilirlər. Bu bürcün nümayəndələrinin sevgi və iş həyatı çox vaxt istədikləri kimi getmir. Dəyişkən fikirləri onların qərarsız olmasına səbəb olur. Bu isə qarşılarına qoyduqları məqsədlərə doğru irəliləməyi çətinləşdirir.
Balıq bürcü astroloji baxımdan ən həssas və duyğusal bürclərdən biri hesab olunur.Ömür boyu həqiqi sevgini axtaran Balıqlar xüsusilə sevgi məsələlərində çox bəxtsiz olurlar. Onlar heç vaxt özləri qədər həssas, duyarlı və hər kəsi səmimi şəkildə sevə bilən bir insan tapa bilmirlər. Balıq bürcləri həyat və sevgi ilə dolu olduqları üçün bu mövzuda onlarla rəqabət aparmaq çətindir. Lakin mənfi emosiyaları səbəbindən həyat boyu şanslı ola bilmirlər.
Şir bürcləri adətən güclü xarakterə sahib olurlar. Həmişə ayaqları yerə möhkəm basır və daim mübarizə içində olurlar. Onların həyatla mübarizə aparmadığı bir dövrə rast gəlmək çətindir. Lakin Şir bürcləri adətən şanslı sayılmırlar. Onlar hər şeyi öz zəhmətləri ilə əldə edirlər, fürsətlər isə nadir hallarda qarşılarına çıxır. Şir bürcləri daim uğurlu olmağı hədəfləyir, amma çox vaxt onların parıltısını heç kim fərq etmir. Bu səbəbdən də ən uğursuz bürclər siyahısında yer alırlar.
Xərçəng bürcü: Duyğusallığı ilə tanınan Xərçəng bürcləri adətən özlərinə qapanıq olurlar. Bu xüsusiyyətlərinə görə öz imkanlarını yaratmaqda çətinlik çəkirlər. Həm sevgi, həm də iş həyatında arzuladıqları uğuru əldə etmək onlar üçün asan olmur. Məhz bu səbəbdən Xərçəng bürcləri də ən şanssız və uğursuz bürclər sırasında göstərilir.