SanTome və Prinsipi Demokratik Respublikası ilə iqtisadi əlaqələrin inkişafı müzakirə edilib

11.11.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov San-Tome və Prinsipi Demokratik Respublikasının ətraf mühit naziri Nilda da Mata və planlaşdırma, maliyyə və mavi iqtisadiyyat naziri Qinesio da Mata ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafı barədə müzakirələr aparılıb, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin və dayanıqlı biznes strategiyalarının formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Tərəflər ölkələrimizin iqtisadi əlaqələrinin təşviqi üçün mövcud imkanları nəzərdən keçirib, kənd təsərrüfatı, sənaye və bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Birgə fəaliyyətin prioritetləri üzrə bir sıra təkliflər irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью