Santos da şou göstərən Neymar Barselona ya jest etdi

04.03.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mövsümün fasiləsində "Santos"a qayıdan Neymar uğurlu oyun nümayiş etdirməyə başlayıb.

Metbuat.az xəbər verir ki, o, bu dəfə cərimə zərbəsindən qola imza atıb. Bu qolla braziliyalı futbolçu "Santos" forması ilə 7-ci liqa matçında 6-cı dəfə fərqlənib. İddialara görə, Neymar mövsümün sonunda “Barselona”ya transfer olmaq istəyir. Bildirilir ki, futbolçu bunun üçün hər cür güzəştə hazırdır. Məlumata görə, Neymar “Barselona”ya transfer olmaq üçün aşağı məvacibə də razıdır. Neymarın məqsədi İspaniyada bacarıqlarını ortaya qoyaraq, Braziliya millisi ilə 2026-cı il dünya çempionatında oynamaqdır.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. O, “Barselona”da 186 matçda 105 dəfə fərqlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью