“Santos” ulduzunu riskə atmadı qərar verildi

12.09.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Santos"un ulduz futbolçusu Neymar son günlərdə dizində ağrı hiss etdiyini klub rəhbərliyinə bildirib.

Fanat.Az xəbər verir ki, buna görə də braziliyalı hücumçu süni örtüklü meydançalarda keçiriləcək oyunlarda forma geyinməyəcək.

Klub həkimləri futbolçunun sağlamlığını riskə atmamaq üçün bu qərarın verildiyini təsdiqləyiblər. Neymarın yalnız təbii ot örtüyündəki qarşılaşmalarda komandasına dəstək verəcəyi vurğulanır.

Bu addım ulduz futbolçunun bərpası və zədələnmə riskinin minimuma endirilməsi üçün atılıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью