Santosun Azərbaycan çempionatında 100 cü oyunu

01.12.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Santosun Azərbaycan çempionatında 100-cü oyunu

Felipe Santos Misli Premyer Liqasında 100-cü oyununu keçirib. Braziliyalının yubileyi 13-cü tura təsadüf edib.

QOL.az xəbər verir ki, futbolçu “Qəbələ” ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub.

Cənubi amerikalı Premyer Liqada üç klubda çıxış edib. O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.

Qeyd edək ki, Premyer Liqada debütü 2021/22 mövsümünə təsadüf edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью