Santuş AFFA nın başına bəla oldu yüklü təzminat ödəniləcək

08.09.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA Fernandu Santuşun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. Lakin portuqaliyalı məşqçiyə təzminat ödəniləcək.

Apasport.az-ın məlumatına görə, mətbuatda Santuşa 4,5 milyon avro ödəniləcəyi iddia edilirsə də, əsl rəqəm bəlli olub.

AFFA Santuşa 1,5–1,7 milyon avro arasında təzminat ödəyəcək.

Yaxın günlərdə 70 yaşlı məşqçinin meneceri Bakıya gələcək və AFFA rəsmiləri ilə ödəniləcək məbləği müzakirə edərək son qərarı müəyyənləşdirəcəklər.

Qeyd edək ki, AFFA ötən il Santuşla 3+1 illik müqavilə imzalamışdı.

Ayxan Abbasov əsas millidə - Bəs U21-i matça kim çıxaracaq? Mahir Emreli: "Hər kəs məsuliyyəti qəbul etməlidir" Rəşad Eyyubov: "Əsas məqsədimiz..." Millini Ukrayna ilə matça çıxaracaq məşqçi bəlli olub Fernandu Santuş qovuldu - SON DƏQİQƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью