Santuş: “Bəzi məqamlar var ki, daha yaxşı etməliyik” | Icma.az
futbolpress-az saytına istinadən Icma.az xəbər verir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Latviyaya qarşı keçirilən yoldaşlıq
Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib: – Düşünürəm ki, komanda oyuna yaxşı köklənmişdi.
İlk 15-20 dəqiqədə bir az problemlərimiz var idi. Xüsusən də topa nəzarət baxımından.
Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışırdıq. Daha sonra komanda topa nəzarət etməyə başladı.
İkinci hissədə topa nəzarət bizdə idi. Rəqibin qapısında təhlükə yarada bilirdik. Rəqib isə qapımızın qarşısında təhlükə yarada bilmədi.
Latviya millisi də hücum qurmağa çalışırdı. Ümumi götürəndə komandam yaxşı çıxış etdi.
Çatışmayan yeganə şey qol epizodlarını dəyərləndirə bilməmək idi. Məşqlərdə qapıya zərbələri çox çalışırıq.
Bu gün uzaqdan zərbələr çatışmadı. Hər oyunçu topla qapıya girmək istəyirdi. – Azərbaycandan bura sadəcə topa nəzarət etməyə gəlmişdiz?
Tam oxu
Xəbəri oxu