Icma.az, Idmanxeber.az saytına istinadən bildirir. “Fernandu Santuşun göndəriləcəyini gözləmirdim.
Ona şans verilir ki, Avropa çempionatı seçmə mərhələsində vəziyyət çıxsın. Millətlər Liqasındakı uğursuzluğu unutdursun.
Amma bu da çətin görünür, komanda daha pis günə düşüb. Millimiz seçmə mərhələdə 1-2 xal toplasa, böyük şeydi”.
Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov Fernandu Santuşun yığmanın başında saxlanılması barədə danışarkən deyib.
O, daha sonra belə davam edib: “AFFA rəhbərliyinin qərarına hörmətlə yanaşıram. Bu işdə məsuliyyətli şəxslər onlardı.
Hər birimizin səhv və ya doğru qərarları ola bilər. Ancaq şəxsi fikirlərimi də hər zaman açıq şəkildə demişəm.
Yenə deyirəm, Santuş bizə lazım deyildi, yalandan büdcə dağılır. Ortada da nəticə görünmür.
Avropa çempionatı seçmə mərhələsində də ciddi şansımız yoxdu. Bunu ümumi vəziyyəti analiz edib deyirəm.