Santuş istefa xəbərlərinə gülərək cavab verdi Video

23.05.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş qarşıdakı yoldaşlıq görüşlərində uğursuz nəticə təqdirində istefaya göndəriləcəyinə dair xəbərlərə münasibət bildirib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis belə bir probleminin olmadığını açıqlayıb.

"Bilmirəm nə cavab verim. Bu məsələ ilə AFFA rəhbərliyi məşğuldur", - deyə Santuş gülümsünərək cavab verib.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də səfərdə Latviya, iyunun 10-da evdə Macarıstanla qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью