Santuş istefaya göndərilir? AFFAdan açıqlama

13.12.2024

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşla bağlı açıqlama verib.

Qaynarinfo İdman.biz-ə istinadən xəbər verir ki, o, portuqaliyalı məşqçinin istefaya gedəcəyi ilə bağlı gəzən xəbərlərə münasibət bildirib. 

S.Hacıyev bu məlumatı təkzib edib: 

"Onun istefaya göndərilməsi mümkün deyil. Hazırda Fernandu Santuş DÇ-2026-nın püşkatması ilə bağlı İsveçrənin Sürix şəhərindədir. İşinin başındadır və davam edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью