Santuş jurnalistlərlə görüşəcək

09.11.2024

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da, Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Estoniya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı məlum olub.

Apasport.az xəbər verir ki, hər iki mərasim oyundan bir gün əvvəl baş tutacaq. Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun media nümayəndələri ilə görüşü noyabrın 15-də, saat 10:45-də olacaq.

15 noyabr

Azərbaycan milli komandası
10:45. Mətbuat konfransı
11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Estoniya milli komandası
16:45. Mətbuat konfransı
17:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Benzia Əlcəzair millisində Emrelinin seriyası qırıldı Cəlalın komandasından qələbə “Sumqayıt”dan Afrika Millətlər Kubokuna Azərbaycan əfsanələri yenidən yaşıl meydanda
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью