Santuş: Komandamı macarlara qarşı hazırlamışam

09.06.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş sabah Macarıstana qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Milli oynayırsa, deməli, vacib oyundur. Bütün rəqibləri təhlil edirik və kimliyindən asılı olmayaraq onlara hörmətlə yanaşırıq. Futbol elə oyundur ki, iki komanda bir-birinə qarşı oynayır. Rəqibi təhlil etmişik, oyun üslublarını bilirik. Çətin oyun olacaq, buna baxmayaraq, futbolçular istəkli və motivasiyalıdır. Ümid edirəm, bunu meydanda göstərə biləcəklər.

– Heyətdə zədəli varmı?
– Yalnız Elvin Bədəlov zədəlidir. Bir məşqimiz də var, ümid edirəm ki, kimsə zədələnməz.

– Heyətdə dəyişikliklər olacaq?
– Oyunçuların durumuna görə bəzi dəyişikliklər olacaq. Bəzi oyunçular yorğun ola bilər. Vəziyyətə uyğun dəyişikliklər ola bilər.

– Hər iki yığmaya qələbə lazımdır. Azarkeşlər necə oyuna ümid edə bilər? Macarıstanın güclü tərəfləri hansılardır?
– Macarlarla bir neçə dəfə qarşılaşmışam, güclü komandadırlar. Azərbaycan millisinə də qələbə lazımdır. İki tərəfin də yaxşı oynamağa çalışacağını düşünürəm.

– Ronaldo haqda nə deyə bilərsiz?
– Bizim oyunçumuz deyil. Yaxşıdır və dostumuzdur. Amma indi bu haqda nəsə deyə bilmərəm.

– Macarıstan millisi ilə oyunları necə xatırlayırsınız?
– Yaxşı milli komandadır. Bundan öncə də səhv etmirəmsə, Avro-2020-də Portuqaliya yığmasında olarkən ilk matç onlara qarşı idi. 80 dəqiqə çətinlik çəkmiş, sonda qələbə qazanmışdı. Keçmiş günləri danışmaq istəmirəm. Macarıstan futbolu inkişafdadır. Komandamı onlara qarşı hazırlamışam.

Slavik Alxasov: "Qərar verilib, bununla barışmalıyıq" Murad Musayev: "Bu heyətlə Premyer Liqada oynamaq çətindir" "Turan Tovuz" onunla yeni müqavilə imzaladı: Daha 1 il Ayxan Abbasov: “Hələ işin başlanğıcındayıq” “Sabah” “Turan Tovuz”u darmadağın etdi - 7:0
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью