Santuş məşqçi işi görmür millinin gələcəyi yoxdur

25.03.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Millimizin Dünya Çempionatı 2026-nın seçmə mərhələsində rəqibləri bəlli olub. Belə ki, D qrupunda yer alan millimizin rəqibləri Fransa, Ukrayna, İslandiya milliləri olacaq.

Millimizin sonuncu yoldaşlıq oyununda Haiti kimi zəif bir rəqibə məğlub olması sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi etirazlara səbəb olub. Bu baxımdan millimizin seçmə mərhələdə şansının olmadığı deyilir.

Globalinfo.az-a danışan idman eksperti Aydın Bağırov deyib ki, Azərbaycan millisinin gələcəyi ilə bağlı dərin narahatlığı var:

“Məsələ təkcə Haiti və digər komandalarla görüşlərdəki acınacaqlı məğlubiyyətlər deyil. Haiti ilə son matçda da gördük ki, komanda oyunu yoxdur, meydanda futbolçular arasında əlaqə aşağı səviyyədədir.


Aydın Bağırov

Faktiki olaraq Fernandu Santuş məşqçi işi görünmür. Bu mənada, “Dünya Çempionatı 2026”-nın seçmə mərhələsindən heç bir nikbin gözləntim yoxdur. Dünya və Avropa çempionluqları olan Fransa, mundiallarda iştirak təcrübəsi olan Ukrayna və İslandiya komandaları ilə görüşlərdə böyük ehtimalla uğursuzluq qaçılmaz olacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью