Santuş millinin bərabərliyindən danışdı: Hər oyunçu...

07.06.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Düşünürəm ki, komanda oyuna yaxşı köklənmişdi. İlk 15-20 dəqiqədə bir az problemlərimiz var idi. Xüsusən də topa nəzarət baxımından. Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışırdıq. Daha sonra komanda topa nəzarət etməyə başladı.

Axar.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş səfərdə Latviya yığması ilə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.

71 yaşlı mütəxəssis futbolçularının ikinci hissədə topa nəzarət etdiyini bildirib:

“Rəqibin qapısında təhlükə yarada bilirdik, onlar isə buna çalışsalar da edə bilmirdilər. Ümumi götürəndə komandam yaxşı çıxış etdi. Çatışmayan yeganə şey qol epizodlarını dəyərləndirə bilməmək idi. Məşqlərdə qapıya zərbələr üzərində çox çalışırıq. Bu gün uzaqdan zərbələr çatışmadı. Hər oyunçu topla qapıya girmək istəyirdi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью